Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanda 2014-ci il iyunun 1-nə 2 462 ədəd bankomat quraşdırılıb.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ayla müqayisədə 17 ədəd və ya 0,7% azdır, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 119 ədəd və ya 5,1% çoxdur.
Cari ilin iyun 1-nə bankomatların 1 379-u (keçən ilə nəzərən 4,2% artımla) Bakı şəhərində, 1 083-ü (keçən ilə nəzərən 6,3% artımla) isə digər şəhər və rayonlarda yerləşir.
Son bir ayda azalma əsasən Bakı şəhərində olan bankomatlara aiddir.