"Bakısığorta" ASC ötən il 15 nəfər işçisini ixtisar edib.
"APA-Economics" Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir ki, ötən ilin martın 31-nə olan məlumata əsasən sığorta şirkətində 45 nəfər işçi çalışıbsa, ilin sonuna işçilərin say 30 nəfərədək azaldılıb.
Hesabat dövründə sığorta şirkəti səhmdarlarına dividend ödəməyib.