Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin II rübündə "Nikoil Bank" QSC-nin aktivlərinin həcmi 526,802 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 7,6% azdır.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, ilin əvvəli ilə müqayisədə hesabat dövründə bankın kredit portfeli 11,17% azalaraq 340,011 mln. manat olub.
Bu ilin yanvar-iyun aylarında bankın depozit portfeli 323,954 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 18,86% azdır.
Hesabat dövründə bankın öhdəlikləri 483,955 mln. manata bərabər olub ki, bu da 2016-cı ilin yanvarın 1-i ilə müqayisədə 11,77% azdır.
Hesabat dövründə məcmu kapitalı 42,847 mln. manat, nizamnamə kapitalı isə 38,493 mln. manat təşkil edib.