Bank Of Baku

"Nikoil Bank"ın Müşahidə Şurasının üzvlərinin sayı azalıb

"Nikoil Bank"ın Müşahidə Şurasının üzvlərinin sayı azalıb
# 15 sentyabr 2016 14:10 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Nikoil Bank" QSC-nin Müşahidə Şurasında dəyişikliklər olub.

 

"APA-Economics" xəbər verir ki, Şuranın üzvlərinin sayı 7-dən 5-ə endirilib. Bundan başqa, Şuraya yeni təyinatlar da var.

 

Beləliklə, İldar Muslimov, Sergey Mitirev və İvan Romanovskiy bankdakı fəaliyyətinə son qoyublar.

 

Müşahidə Şurasının yeni üzvü Roman Novikovdur.

 

Qeyd edək ki, Müşahidə Şurasının sədri İsgəndər Xəlilovdur. Marina Kuleşova, Aleksey Sazonov, Pavel Suxoruçkin Şuraya üzv olaraq fəaliyyətini davam etdirirlər.

 

Qeyd edək ki, İldar Muslimov "Uralsib" korporasiyasının İdarə Heyətinin sədridir. Sergey Miterev isə "Uralsib"in baş direktorunun müşaviridir. İvan Romanovskiy isə "LukOil" ASC-nin prezidenti Vahid Ələkbərovun köməkçisidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR