"PAŞA Bank"ın Türkiyədəki törəməsi olan "PAŞA Yatırım Bankası” nominal dəyəri 31,5 mln. lirə, müddəti 136 gün olan istiqrazlar üzrə borcunun ödənməsi prosesini yekunlaşdırıb.
“APA-Economics” xəbər verir ki, bu barədə məlumat bankın yaydığı açıqlamada yer alıb.
Bundan başqa, "PAŞA Yatırım Bankası” nominal dəyəri 25 mln. lirə, müddəti 152 gün olan istiqrazların xüsusi səhmdarlara satışı prosesini də tamamlayıb. Bu istiqrazlar üzrə son ödəniş müddəti 2018-ci ilin iyulun 31-nə təsadüf edəcək.