"PSG-Kapital İnvestisiya şirkəti" QSC nizamnamə kapitalını artırır.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, artım nəticəsində nizamnamə kapitalının həcmi iki qat artaraq 2 milyon manata yüksələcək.
Bununla da "PSG-Kapital İnvestisiya şirkəti" QSC ölkədə nizamnamə kapitalı ən yüksək olan investisiya şirkətinə çevriləcək.
Kapitalın artırılması əlavə səhm buraxılışı hesabına həyata keçiriləcək.
Bu addım çərçivəsində hər birinin nominal qiyməti 1 000 manat olan əlavə 1 000 ədəd səhm buraxılması nəzərdə tutulur.
Maliyyə Bazarlarına Nəzarət Palatası səhm emissiyasını qeydiyyata alıb.
Səhm yerləşdirilməsi və kapitalın artırılması yaxın vaxtlarda həyata keçiriləcək.