Bank Of Baku

Amerikalı magistrantlar Azərbaycanda keçirilən referat müsabiqəsinin qalibi olub

Amerikalı magistrantlar Azərbaycanda keçirilən referat müsabiqəsinin qalibi olub
# 31 may 2013 14:43 (UTC +04:00)

Bakı – APA-Economics. Mayın 31-də Vergilər Nazirliyində «Azərbaycanın vergi jurnalı»nın Heydər Əliyevin 90 illik yubileyi münasibətilə magistrantlar arasında «Azərbaycan-2020: vergi sisteminin gələcəyinə baxış» mövzusunda  keçirdiyi referat yazılışı üzrə beynəlxalq müsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirilib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, müsabiqənin təşkil edilməsində məqsəd Azərbaycanın və dünyanın nüfuzlu ali təhsil müəssisələrinin magistrantları arasında vergi sahəsində araşdırmalar aparan ən yaxşı tədqiqatçıları üzə çıxarmaq, vergi mövzusunun gənc tədqiqatçılar arasında populyarlığını artırmaq və bu sahədə mütəxəssislərin hazırlığını stimullaşdırmaqdır.

 

Müsabiqəyə ABŞ, Türkiyə və Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan magistrantlardan 25 iş daxil olub. ABŞ-ın Seton Hall Universitetinin magistrantı Eyitayo Akanji 1-ci yerə, həmin universitetin magistrantı Kler Finneqan 2-ci yerə, Türkiyənin Dokuz Eylül Universitetinin magistrantı Fatma Yapıcı, Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı Ramin İlyasov və Azərbaycan Dövlət Neft Akademiyasının magistrantı Səftər Vəlizadə 3-cü yerə layiq görülüblər. Qaliblərə diplom və qiymətli hədiyyələr, müsabiqədə fəal iştirak edən magistrantların hər birinə isə jurnalın təşəkkürnaməsi təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR