Bakı. İlkin Əhmədov – APA-Economics. Ölkəmizdə son illər mənzil sahibi olmaq istəyən şəxslərin sayında artımı nəzərə alaraq Azər-Türk Bank yeni Daxili ipoteka kreditini təqdim edib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, Daxili ipoteka krediti bir çox insanların ev almaq arzusunu reallaşdırmağa kömək edəcək.
Belə ki, Azər-Türk Bank 200 min manata qədər 10 illik müddətinə 9%-12% arası ipoteka kreditləri Azərbaycan Respublikasının vətəndaşlarına və Dövlət Miqrasiya Xidməti tərəfindən 5 illik daimi yaşayış icazə vəsiqəsi əcnəbi vətəndaşlara təklif edilir.
Daxili ipoteka krediti barəsində daha ətraflı məlumat əldə etmək istəyənlər (012) 945 nömrəsi ilə əlaqə saxlaya bilər.
“Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyətə başlayıb. Bankı Türkiyənin Ziraat Bankı, Azərbaycanın “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı, Almaniyanın Ziraat Bank İnternational AG və “Turan Bank” ASC təsis edib.