Bank Of Baku

Azərbaycan-İsveçrə Birgə Komissiyanın iclası keçiriləcək

Azərbaycan-İsveçrə Birgə Komissiyanın iclası keçiriləcək
# 21 may 2014 14:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Mayın 26-da İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası keçiriləcək.

 

Bu barədə “APA-Economics”ə Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

 

Tədbirdə komissiyanın Azərbaycan tərəfdən həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. İclasda Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Birgə Komissiyanın V iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

 

Azərbaycan nümayəndə heyətinin İsveçrəyə səfəri çərçivəsində iş adamlarının iştirakı ilə Azərbaycan-İsveçrə biznes forumu təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR