Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı daha bir beynəlxalq mükafata layiq görülüb

Azərbaycan Beynəlxalq Bankı daha bir beynəlxalq mükafata layiq görülüb
# 29 may 2013 11:54 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Avropanın aparıcı informasiya və analitik nəşri olan «EMEAfinance» jurnalı Azərbaycan Beynəlxalq Bankını «Best Local Bank» mükafatına layiq görüb.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, jurnalın xəbərinə əsasən, 2012-ci ildə ABB-nin xalis mənfəəti 80% artaraq 43,4 mln. manata çatıb, aktivləri və kredit portfeli isə müvafiq olaraq 17,5% və 22% artıb.

 

Qeyd edək ki, bu mükafat «MDB, Mərkəzi və Şərqi Avropanın ən yaxşı bankı» nominasiyasında verilib. ABB artıq 5 ildir ki, bu mükafata layiq görülür.

 

Londonda dərc edilən «EMEAfinance» jurnalı Avropa, Yaxın Şərq və Afrika regionları üzrə maliyyə sektorlarını işıqlandırır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR