Bakı. Musa Əhmədov - APA-Economics. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2013-cü ilin maliyyə hesabatları təsdiq edilib.
İl ərzində əldə olunmuş mənfəətin müəyyən hissəsinin dividentlərin ödənilməsinə, Bankın səhmlərinin nominal dəyərinin artırılması yolu ilə nizamnamə kapitalının artırılmasına yönəldilməsi barədə qərarlar qəbul edilib.
Yığıncaqda həmçinin bankın Müşahidə Şurası və Audit Komitəsinin tərkibinə yeni üzvlər seçilib.