Bank Of Baku

Azərbaycan iqtisadiyyatı 3% azalıb

Azərbaycan iqtisadiyyatı 3% azalıb
# 16 sentyabr 2016 08:50 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 38 mlrd. 27,8 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1% az ümumi daxili məhsul istehsal edilib.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,3% azalması olub. Əlavə dəyərin 38%-i sənayedə, 11,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,4%-i tikinti, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9%-i informasiya və rabitə, 16,4%-i isə digər sahələrdə istehsal edilib.

 

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ini təşkil edib.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 3 min 953 manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR