Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı bank kreditlərinin bahalaşması ilə bağlı tədqiqat aparır

Azərbaycan Mərkəzi Bankı bank kreditlərinin bahalaşması ilə bağlı tədqiqat aparır
# 23 may 2013 07:43 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

 

Onun sözlərinə görə, tədqiqat işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur: «Bunun başlıca səbəbləri bizə aydındır. Lakin biz bir daha geniş proqramla bank mütəxəssisləri ilə birlikdə tədqiqat işləri aparırıq».

 

Tədqiqat  işlərində hər hansı yeni məsələlərin yer alacağı ilə bağlı sualın cavabında isə E.Rüstəmov bunu qabaqcadan açıqlamaq istəmədiyini vurğulayıb: «Burada bizim üçün gözlənilməz bir şey yoxdur. Amma daha sistemli, əhatəli, kompleksli  tədqiqat işləri ortaya qoyulacaq».

 

E.Rüstəmov qeyd edib ki, kredit faizlərinin aşağı salınması bütövlükdə dövlətin işi deyil. Belə ki, faiz dərəcələri əsasən bazarda cari vəziyyətlə bağlıdır. Dövlətin banklara kreditlərin verilməsi üçün qoyduğu faiz dərəcələri kifayət qədər aşağıdır.

 

«Lakin nəyə görə, dövlətin faiz dərəcələrinin aşağı səviyyədə olmasına baxmayaraq, kredit dərəcələri bu qədər yüksəkdir. Təbii ki, bunun da obyektiv və bazarla bağlı səbəbləri var. Söhbət inzibati yollarla təsirlərdən deyil, bu amilləri bilərək yüksək faiz dərəcələrinin hansı iqtisadi amillərlə formalaşmasından, bunların idarə olunmasından gedir. Burada həmçinin bankların riskləri, yüksək xərcləri amilləri dayanır. Tədqiqat bütün bu aspektləri əhatə edir və bu işlər başa çatdıqdan sonra əlimizdə tam bir mənzərə olacaq ki, dövlət, Mərkəzi Bank və bank sektoru hansı amilləri idarə etməlidir ki, Azərbaycanda aşağı faizli kreditlər olsun, xüsusilə biznes sektoru üçün», - deyə AMB başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR