Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı valyuta sterilizasiyası siyasətini davam etdirir

Azərbaycan Mərkəzi Bankı valyuta sterilizasiyası siyasətini davam etdirir
# 21 may 2013 14:09 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycanda məzənnə siyasəti valyuta bazarında tələb ilə təklif arasında tarazlığın təmin olunmasına və bu əsasda manatın ABŞ dollarına qarşı məzənnəsinin sabitliyinə yönəldilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) I rüb üzrə hazırladığı «Pul siyasəti İcmalı»nda deyilir.

 

İcmalda göstərilir ki, məzənnə siyasətinin parametrləri tədiyyə balansının vəziyyəti, bank sektorunda maliyyə sabitliyi və qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunması hədəfləri nəzərə alınmaqla müəyyənləşdirilib.

 

Hesabat dövründə də Mərkəzi Bank özünün məzənnə siyasətini dəhliz daxilində dollar/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirib. Ölkənin tədiyyə balansında böyük profisitin mövcud olması şəraitində valyuta bazarında təklif tələbi üstələyib. Lakin məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün AMB tərəfindən rüb ərzində 844,7 mln. dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib.

 

Son 5 ilin ilk rübləri üzrə manatın dollara qarşı məzənnəsinin orta bahalaşma göstəricisi 0,4% təşkil etsə də, dövr ərzində məzənnə demək olar ki, dəyişməyib. «Milli valyutanın məzənnəsinin sabitliyi ölkədə makroiqtisadi mühitə və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib», - deyə hesabatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR