Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının artım tempi yüksəlib

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının artım tempi yüksəlib
# 05 iyun 2013 12:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2013-cü il iyunun 1-nə 12 572,3 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin iyunun 1-nə nisbətən 1 680,4 mln. dollar və ya 15,4% çoxdur.

 

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, təkcə bu ilin may ayında rəsmi valyuta ehtiyatları 72,4 mln. dollar və ya 0,6% artıb:

 

 

Qeyd edək ki, bütövlükdə 2012-ci il ərzində AMB-nin valyuta ehtiyatları 1 213 mln. dollar artıb. Bu ilin 5 ayı ərzində isə bu göstərici artıq 877,5 mln. dollar və ya ötən ilki artımın 72,3%-ni təşkil edir. Bundan əlavə, keçən ilin yanvar-may ayları ərzində artım 410,4 mln. dollar təşkil edib. Bu göstəricilər 2013-cü il ərzində AMB-nin valyuta ehtiyatlarının daha yüksək templə artmasını sübut edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR