Bakı. İlkin Əhmədov – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2014-cü ilin aprelin 1-nə 14 715,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə nisbətən 2 383,1 mln. dollar və ya 19,3% çoxdur.
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən artım 563,7 mln. dollar və ya 4% olub.