Bank Of Baku

Azərbaycan parlamentində 2012-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsinə başlanılıb

Azərbaycan parlamentində 2012-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsinə başlanılıb
# 31 may 2013 09:28 (UTC +04:00)

APA-nın məlumatına görə, layihə barədə parlamentin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

 

Z.Səmədzadə bildirib ki, Maliyyə Nazirliyi və Hesablama Palatası büdcənin icrası ilə bağlı hesablama aparıblar: «Gəlirlər 23 maddədən ibarətdir, 4 maddə üzrə kəsir var. Bu da 3,5 mln. manat kəsr deməkdir. Ancaq başqa sahələrdən daxilolmalar həmin kəsiri örtüb. Büdcə xərclərinin icrası ilk dəfə 98% səviyyəsində olub. Nəzərdə tutulan proqramların həyata keçirilməsi bütövlükdə əhalinin gəlirlərinin artmasını şərtləndirib. Neft gəlirləri kifayət qədərdir. Kənd təsərrüfatında davamlı iqtisadi inkişafı təmin etmək üçün vəsaitlərin ayrılması davam etdirilib. Borclanma ilə bağlı Azərbaycan dövlətinin heç bir dövlət qarşısında problemi yaranmayıb və 2012-ci ildə Azərbaycan bu parametrə görə MDB məkanında və dünyada öndə gedən ölkələrdən biri olub. Dünyada ən az büdcə kəsri olan ölkələrdən biri də məhz Azərbaycandır. Bu günlərdə bir mötəbər tədbirdə amerikalı ekspertlər də bunu xüsusi qeyd ediblər».

 

Z.Səmədzadə nağdsız hesablaşmalar sahəsində hələ də problemlərin olduğunu da vurğulayıb: «Ümumilikdə, İqtisadi siyasət Komitəsinin üzvləri hesab edirlər ki, 2012-ci ilin büdcəsi Azərbaycanın gələcək inkişafı üçün güclü bazanın yaranmasına öz töhfəsini verib».

 

Daha sonra maliyyə naziri Samir Şərifov büdcənin icrası barədə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR