Bank Of Baku

Azərbaycan xarici ticarətində müsbət saldo 760 mln. dollara yaxın olub

Azərbaycan xarici ticarətində müsbət saldo 760 mln. dollara yaxın olub
# 09 mart 2018 09:42 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 3 mlrd. 661 mln. 992,58 min ABŞ dolları təşkil edib.

 

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 1 mlrd. 036 mln. 032,85 dollar və ya 39,45% çoxdur.

 

Ötən iki ay ərzində idxal əməliyyatları 1 mlrd. 451 mln. 527,63 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə  479 mln. 557,09 min dollar və ya 49,34% çoxdur.

 

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 2 mlrd. 210 mln. 451,63 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 556 mln. 475,76 min dollar və ya 33,64% çoxdur.

 

Nəticədə 758 mln. 924,27 dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin iki ayı ilə müqayisədə 76 mln. 918,67 min dollar və ya 11,28% artım deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR