Bank Of Baku

Azərbaycana qadağan olunmuş dərman preparatını keçirmək istəyən şəxs saxlanılıb

Azərbaycana qadağan olunmuş dərman preparatını keçirmək istəyən şəxs saxlanılıb
# 14 sentyabr 2016 10:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycandan Rusiyaya gedən Azərbaycan vətəndaşının əl yükünə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, baxış zamanı həmin yükün içərisindəki polietilen paketdə, əvvəlcədən gömrük orqanlarına bəyan edilməmiş vəziyyətdə - 350 kapsul “Tramadol” 200 mq və 30 həb "Tramadol" 150 mq adlı dərman preparatları aşkar edilərək götürülüb.

 

Məlumat üçün bildiririk ki, “Tramadol” adlı dərman preparatı Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR