Bank Of Baku

Azərbaycanda bank kassa dövriyyəsi 29% artıb

Azərbaycanda bank kassa dövriyyəsi 29% artıb
# 06 iyun 2013 08:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2013-cü ilin yanvar-aprel aylarında 12,010 mlrd. manat, məxaric hissəsi isə 11,693 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi 2012-ci ilin müvafiq dövrünə nisbətən 29,1%, məxaric hissəsi isə 24,0% artıb.

 

Beləliklə, ilk 4 ayın nəticələrinə görə, bank kassa dövriyyəsində 317 mln. manat həcmində müsbət saldo yaranıb, eyni zamanda dövr ərzində 258,7 mln. manat həcmində pul emissiyası həyata keçirilib.

 

Bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmaların payına düşür. Bu mənbədən bank kassalarına 7,908 mlrd. manat və ya ümumi mədaxilin 65,9%-i daxil olub. Digər iri mənbələr sırasında hüquqi şəxslərdən daxilolmaları (2,384 mlrd. manat və ya 19,9%), fiziki şəxslərdən daxilolmaları (913 mln. manat və ya 7,6%) qeyd etmək olar.

 

Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 4,901 mlrd. manat və ya 41,9%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 3,444 mlrd. manat və ya 29,5%, bankomatlara pul qoyuluşunun payına 2,992 mlrd. manat və ya 25,6% düşür.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR