Bakı. İlkin Əhmədov – APA-Economics. Azərbaycan ərazisində quraşdırılmış bankomatların ümumi sayı 2014-ci il martın 1-nə 2 427 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 148 ədəd və ya 6,5% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin martın 1-nə bankomatların 1 363-ü Bakı şəhərində, 1 064-ü isə digər şəhər və rayonlarda yerləşir.
Martın 1-nə Azərbaycan üzrə quraşdırılmış POS-terminalların sayı 34 141 ədəd olub ki, bunun 29 428-i Bakı şəhərində, 4 713-ü isə regionlarda yerləşir.
Mərkəzi Bankın məlumatına görə, martın 1-nə ölkə üzrə dövriyyədə olan ödəniş plastik kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 11,6% artaraq 5 808 minə çatıb. Bankomatlar və POS-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 4 374 min ədəd olub.