Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 14-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi sentyabrın 9-u ilə müqayisədə 0,08% azalaraq 1,6390 səviyyəsində müəyyən olunub.
Bununla da, mayın 25-dən bəri ilk dəfə olaraq dolların manata nəzərən məzənnəsi ucuzlaşıb.