Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il aprelin 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,8% artaraq 5 536,0 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 3 259,8 mln. manatı və ya 58,9%-i milli, 2 276,2 mln. manatı xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 36,1% və 19,6% artıb.
Qeyd edək ki, 2013-cü ilin aprel ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,78 manat, 100 Rusiya rubluna – 2,51 manat, 1 avroya – 1,02 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,78 manat, 2,56 manat və 1,03 manat təşkil edib.