Bank Of Baku

Azərbaycanda kommersiya bankların xarici öhdəliklərinin artması davam edir

Azərbaycanda kommersiya bankların xarici öhdəliklərinin artması davam edir
# 10 aprel 2014 10:25 (UTC +04:00)

Bakı. İlkin Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 1 290,6 mln. manat və ya 43,8% artaraq 2014-cü ilin martın 1-nə 4 232,5 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi  Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar ayında xarici öhdəliklərin həcmi 62,8 mln. manat və ya 1,5% artıb.

 

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2014-cü ilin martın 1-nə 2 563,8 mln. manat təşkil edib ki, bu da 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 692,5 mln. manat və ya 37% artıb. O cümlədən, bu ilin fevralında 204,7 mln. manat və ya 8,7%-lik artım baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR