Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 598,4 mln. manat və ya 23,8% artaraq 2013-cü il mayın 1-nə 3 108,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-aprel ayları ərzində xarici öhdəliklər 34,7 mln. manat və ya 1,1% artıb:

Eyni zamanda, bankların məcmu xarici aktivlərin həcmi 2013-cü il mayın 1-nə 2 264,9 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,8 mln. manat və ya 2,0% azalıb. Bununla yanaşı, bu ilin yanvar-aprel ayları ərzində 248,8 mln. manat və ya 12,3%-lik artım müşahidə olunub.
Nəticədə, göründüyü kimi, kommersiya banklarının xarici maliyyə əməliyyatlarında saldo 843,4 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 3,1 dəfə çoxdur.