Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2013-cü il iyunun 1-nə 10 113,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin iyunun 1-nə nisbətən bu göstərici 1 740,2 mln. manat və ya 20,8% artıb.
Eyni zamanda, may ayında pul bazası 19,1 mln. manat və ya 0,2% artıb.
Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və kommersiya banklarının mərkəzi bankda saxlanılan vəsaitləri daxildir. Bu vəsaitlər hesabına Mərkəzi Bank kommersiya bankları qarşısında olan və s. öhdəliklərini icra edir. Pul bazasının illik müqayisədə artması ölkədə son bir ildə pul təklifinin genişləndiyini əks etdirir.