Bakı. İlkin Əhmədov – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2014-cü ilin martın 1-nə 19 273,6 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 113,1 mln. manat və ya 19,3% çoxdur. Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda bu ilin fevralında geniş mənada pul kütləsi 163,4 mln. manat və ya 0,8% azalıb.
Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 611,6 mln. manat və ya 19,3% artaraq fevralın 1-nə 16 124,7 mln. manata çatıb, fevralda isə 141,8 mln. manat və ya 0,9% artıb.