Bank Of Baku

Azərbaycanda sığortadan boyun qaçıran sığorta təşkilatları cərimələnəcək

Azərbaycanda sığortadan boyun qaçıran sığorta təşkilatları cərimələnəcək
# 26 may 2014 11:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda sığortanı gecikdirən və yaxud sığortadan boyun qaçıran sığorta təşkilatlara yeni cəzalar tətbiq olunur.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişikliklər edilir.

 

Dəyişikliyə əsasən, sığortaçı sığorta ödənişini qanunla müəyyən edilən müddətə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,1 faizi həcmində cərimə ödəyəcək. 

 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR