Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% artaraq 13,2 mlrd. manat təşkil edib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əlavə dəyərin 48,4%-i sənaye sahələrində, 9,6%-i tikinti kompleksində, 11,4%-i ticarət və pullu xidmət sahələrində, 6,1%-i nəqliyyatda, 1,8%-i informasiya və rabitə müəssisələrində, 2,4%-i aqrar bölmədə, 13,4%-i digər sahələrdə yaradılıb.
Əhalinin hər nəfərinə orta hesabla 1403,4 manat məbləğində (1789.2 ABŞ dolları) əlavə dəyər istehsal olunub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1% artıb. Əlavə dəyərin 54,8%-i qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-mart ayları ilə müqayisədə 8,8% artıb, neft-qaz sektorunda isə 4,1% azalıb.