Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi son bir ildə 4 237,84 mln. manat və ya 28,9% artaraq 2013-cü il mayın 1-nə 18 979,76 mln. manata çatıb.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-aprel ayları ərzində bank aktivlərinin həcmi 1 336,31 mln. manat və ya 7,6% artıb:

Bank aktivlərinin tərkibində əsas yeri müştərilərə verilən kreditlər tutur. Belə ki, bu kreditlərin həcmi 11 887,3 mln. manat təşkil edir. Bundan başqa, aktivlərin strukturunda 1 604,0 mln. manat investisiyalar, 1 308,9 mln. manat müxbir hesabları, 766,7 mln. manat nağd vəsaitlər, 669,0 mln. manat maliyyə sektoruna verilən kredit və depozitlər, 2 743,8 mln. manat isə digər aktivlərin payına düşür.
Passivlərin tərkibində 8 415,4 mln. manatı depozitlər, 5 448,0 mln. manatı maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 2 401,7 mln. manatı digər öhdəliklər təşkil edib. Passivlərin strukturunda kapitalın həcmi 2 714,6 mln. manata bərabər olub.