2018-ci il fevralın 1-nə Azərbaycanın bank sektorunun işçilərinin sayı 16207 nəfər təşkil edib.
"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.
Rəqəmlərin təhlili göstərir ki, bu ilin yanvar ayında bank sektorunda çalışanların sayı 36 nəfər artıb. Belə ki, yanvar ayının əvvəlinə olan statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16171 nəfər olub.