Bank Of Baku

Azərbaycanın bank sektorunun balans kapitalı 3,8 mlrd. manatı ötüb

Azərbaycanın bank sektorunun balans kapitalı 3,8 mlrd. manatı ötüb
# 05 mart 2018 09:49 (UTC +04:00)

2018-ci ilin yanvar ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb.

 

Bu ilin yanvarın 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri  28 mlrd. 169,7 mln. manat, cəmi öhdəlikləri isə 24 mlrd. 367,9 mln. manat təşkil edib.

 

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, sektorun balans kapitalı 3 mlrd. 801,8 mln. manat, əhalinin əmanətləri isə 7 mlrd. 482,5 mln. manat olub.

 

2018-ci ilin yanvar ayı ərzində bank sektorunun aktivləri 0,9% (249 mln. manat), öhdəlikləri 0,6% (156 mln. manat), kapitalı isə 2,5% (93 mln. manat) artıb.

 

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 142, ATM-lərin sayı 2439 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 207 nəfər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR