Bank Of Baku

Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutası manata qarşı bahalaşıb

Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutası manata qarşı bahalaşıb
# 29 iyun 2016 07:44 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi 0,2% artaraq 1,5363 manat təşkil edib.

 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,3% bahalaşaraq 1,7004 manat olub.

 

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 2,13% möhkəmlənərək 0,0240 manat olub.

 

Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 1,03% möhkəmlənərək 0,5288 manata yüksəlib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0482 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 0,48%-lik bahalaşma nümayiş etdirib.

 

Gürcüstan larisi də 1,5% bahalaşaraq 0,6594 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR