Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 18% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 18% azalıb
# 07 iyun 2013 12:58 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 11 mlrd. dolları ixracın, 3,2 mlrd. dolları isə idxalın payına düşüb. Nəticədə, 7,8 mlrd. dollarlıq müsbət saldo yaranıb.

 

Ötən ilin ilk dörd ayı ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 7,2%, o cümlədən ixrac 11,3% azalıb, idxal isə 10,3% artıb. Müsbət saldo 17,8% azalıb.

 

Hesabat dövründə xarici ticarət dövriyyəsinin 61%-i inkişaf etmiş, 39-i inkişaf edən ölkələrin dövriyyəsinin hesabına formalaşıb. Bu dövr ərzində dünyanın 132 ölkəsi ilə ticarət əlaqəsi aparılıb, 83 ölkəyə əmtəə ixrac olunub, 121 ölkədən idxal olunub.

 

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.

 

Cari ilin yanvar-aprel aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR