Bank Of Baku

Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 17% azalıb

Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 17% azalıb
# 16 aprel 2014 12:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7 141 599,16 min. ABŞ dolları təşkil edib.

 

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 16,54% azdır.

 

Bu ilin 3 ayı ərzində idxal əməliyyatları 1 764 258,66 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 20,23% azdır.

 

Belə ki, yanvar-mart aylarında ölkənin ixrac əməliyyatları üzrə 5 377 340,50 min. dollar olub ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 15,26% azdır. Nəticədə 3 613 081,84 mln. dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR