Bank Of Baku

Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 11,3 mlrd. dolları ötüb

Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 11,3 mlrd. dolları ötüb
# 16 sentyabr 2016 15:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 11 mlrd. 330 mln. 269,07 min ABŞ dolları təşkil edib.

 

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 24,96% azdır.
 

Ötən 8 ay ərzində idxal əməliyyatları 5 mlrd. 539 mln. 988,10 min dollar olub ki, bu da 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 6,23% azdır.

 

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 5 mlrd. 790 mln. 280,97  min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 37,00% azdır.


Nəticədə 250 mln. 292,87 min dollar məbləğində müsbət saldo yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR