Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi üzrə kəskin azalma davam edir

Bakı Fond Birjasının dövriyyəsi üzrə kəskin azalma davam edir
# 04 iyun 2013 12:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 2,498 mlrd. manat təşkil edib. Bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə azdır.

 

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarının həcmi 3,1 dəfə artaraq 291,029 mln. manat təşkil edib. Korporativ istiqrazların ilkin bazarının həcmi hesabat dövründə 2,2 dəfə artaraq 57,168 mln. manat, təkrar bazarın həcmi isə 2,1 dəfə artaraq 75,199 mln. manat təşkil edib.

 

Səhm bazarına gəldikdə isə, hesabat dövründə səhmlərin ilkin bazarı 5,2 dəfə, təkrar bazarı isə 1,7 dəfə artıb.

 

Bu ilin yanvar-may aylarında BFB-nin dövriyyəsinin mənfi dinamikasına dövlət qiymətli kağızları (DQK) bazarı, əsasən də notlar üzrə repo əməliyyatları və notların ilkin bazarı səbəb olub. Belə ki, Azərbaycan Mərkəzi Bankının notlarının ilkin bazarının həcmi bu ilin ilk 5 ayı ərzində 2012-ci ilin analoji dövrünə nisbətən 3,1 dəfə azalıb. Notların təkrar bazarı isə 5,3 dəfə artıb. Eyni zamanda, hesabat dövründə notlar üzrə repo əməliyyatları 2,1 dəfə azalıb.

 

Yanvar-may aylarında dövlət istiqrazları (Dİ) üzrə ilkin bazarda 28,5 mln. manat həcmində əqdlər bağlanılıb, halbuki ötən ilin müvafiq dövrində əqdlər bağlanılmayıb. Dİ-nin təkrar bazarında isə 6,5 dəfəlik artım müşahidə olunub.

 

Ümumiyyətlə, DQK bazarı hesabat dövründə 2,1 dəfə azalaraq 2,207 mlrd. manat təşkil edib.

 

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

 

Bazarın seqmentləri

Yanvar-may, 2013

Yanvar-may, 2012

Nisbət,

%

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Dİ (AMN)

(yerləşdirmə)

28 538 243,24

17

0,00

0

-

Dİ (AMN)

(təkrar bazar)

8 433 879,20

2

1 325 851,92

2

6,4 dəfə

Notlar (AMB)

(yerləşdirmə)

164 947 425,88

63

514 345 156,21

124

-3,1 dəfə

Notlar (AMB)

(təkrar bazar)

43 955 612,02

4

8 277 697,58

5

5,3 dəfə

Repo əməliyyatları

1 960 852 780,61

176

4 145 934 154,73

567

-2,1 dəfə

DQK bazarı cəmi

2 206 727 940,95

262

4 669 882 860,44

698

-2,1 dəfə

Korporativ istiqrazlar (yerləşdirmə)

57 167 836,00

36

25 797 584,00

40

2,2 dəfə

Korporativ istiqrazlar

(təkrar bazar)

75 199 061,18

56

36 273 756,30

22

2,1 dəfə

Səhmlər (yerləşdirmə)

154 070 589,10

156

29 467 476,35

34

5,2 dəfə

Səhmlər

(təkrar bazar)

4 591 733,39

1 574

2 692 892,09

1 489

1,7 dəfə

KQK bazarı cəmi

291 029 219,67

1 822

94 231 708,74

1 283

3,1 dəfə

Cəmi

2 497 757 160,62

2 084

4 764 114 569,18

2 283

-1,9 dəfə

 

 Dİ – dövlət  istiqrazları;

AMN – Azərbaycan Maliyyə Nazirliyi;

AMB – Azərbaycan Mərkəzi Bankı;

DQK – dövlət qiymətli kağızları;

KQK – korporativ qiymətli kağızlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR