Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin avqustun 1-nə müştərilər tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 843,8 mln. manat təşkil edib.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.
2015-ci ilin iyul ayı ilə müqayisədə bu ilin eyni dövründə bu göstərici 238,7 mln. manat və ya 3,14% artıb.
Bununla yanaşı, bu ilin iyul ayında əmanətlərin həcmi 28,2 mln. manat və ya 0,36% artıb. Ümumiyyətlə, bu ilin əvvəlindən banklarda olan əmanətlərin həcmi 1 mlrd. 630,1 mln. manat və ya 17,21% azalıb.