Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı il iyulun 1-nə "Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan" ASC-nin aktivlərinin həcmi 115,420 mln. lari və ya 82 mln 560 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,24% azdır.
"APA-Economics" xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 29,39% azalaraq 55,497 mln. lari və ya 39,697 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 10,46% artaraq 22,461 mln. lariyə və ya 16,066 mln. manata çatıb.
Həmin dövrdə bankın öhdəlikləri 33,92% azalaraq 83,570 mln. lari və ya 59,778 mln. manata enib.
Bir il ərzində bankın nizamnamə kapitalı 10,7% artaraq 31,850 mln. lari və ya 22,782 mln. manat təşkil edib. Hazırda bankın məcmu kapitalı 31,850 mln. lari təşkil edir.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 1,8 dəfə azalaraq 5,993 mln. lari və ya 4,287 mln. manat, xərcləri isə 1,9 dəfə azalaraq 2,800 mln. lari və ya 2,002 mln. manat olub.
Bank II rübü 3 mln. 450 min lari və ya 2 mln. 468 min manat mənfəətlə başa vurub.