Bank Of Baku

Bu il Azərbaycan bankları filial şəbəkəsini genişləndirib

Bu il Azərbaycan bankları filial şəbəkəsini genişləndirib
# 05 mart 2018 10:38 (UTC +04:00)

Bu ilin yanvarında bankların filiallarının sayı artıb.

 

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, yanvar ayında 2 bank filialı fəaliyyətə başlayıb.

 

Belə ki, əgər ötən ilin dekabrında ölkədə bankların filiallarının sayı 509 olubsa, cari il yanvarın sonunda bu göstərici 511-ə yüksəlib. Yanvarda bankların filiallarının sayı 2 ədəd artıb.

 

Hesabat dövründə bank şöbələrinin sayında dəyişiklik qeydə alınmayıb. Belə ki, bu il fevralın 1-nə şöbələrin sayı 142 olub.

 

Banklar tərəfindən quraşdırılan bankomatların (ATM) sayı isə ötən ilin sonu ilə müqayisədə bu il 8 ədəd artaraq 2431-dən 2439-a yüksəlib. 

 

Qeyd edək ki, cari ilin yanvar ayında ölkədə 30 bank fəaliyyət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR