Bank Of Baku

Bu il Azərbaycana 2100-ə yaxın avtomobil gətirilib

Bu il Azərbaycana 2100-ə yaxın avtomobil gətirilib
# 09 mart 2018 09:20 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana ümumilikdə 2 065 ədəd avtomobil idxal olunub.

 

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 1 062 ədəd avtomobil və ya 2,06 dəfə artıb.

 

Ölkəyə gətirilən avtomobillərin 11 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 867 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 182 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 5 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR