Bank Of Baku

Bu il Vergilər Nazirliyinə daxil olan vətəndaş müraciətlərinin sayı 30% artıb

Bu il Vergilər Nazirliyinə daxil olan vətəndaş müraciətlərinin sayı 30% artıb
# 10 iyul 2014 10:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin birinci yarımilliyi ərzində Azərbaycanda dövlət vergi orqanlarına 47 625 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,9% çoxdur.

 

Nazirliyin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, daxil olmuş müraciətlərin 98,4%-i ərizə, 1,4%-i şikayət, digərləri təklif olub, 146 şikayətin icrası xüsusi nəzarətə götürülüb. Müraciətlərin 73,7%-i müsbət həll olunub, 15,5%-i barədə müvafiq izahatlar verilib, 4,4%-i əsassız sayılıb, 1,4%-i qismən həll olunub, 0,8%-i aidiyyəti üzrə göndərilib, 4,2%-i icradadır.

 

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin 231-i eyni, 44-ü təkrardır, yəni faktiki olaraq şikayətlər cəmi 403 məsələ barədədir. Daxil olan şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrünə nisbətən 1,2% azalıb.

 

Ümumilikdə şikayətlərin 33,7%-i əsassız sayılıb, 39,5%-i üzrə müvafiq izahatlar verilib, 11,8%-i müsbət həll olunub, 5%-i aidiyyəti üzrə göndərilib, 0,6%-i qismən həll olunub, 9,4%-i icradadır.

 

Azərbaycan Prezidentinin Administrasiyasından nazirliyin aparatına 183 müraciət, o cümlədən 103 ərizə, 80 şikayət daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu müraciətlərin ümumi sayı 11,6%, ərizələrin sayı 16,9%, şikayətlərin sayı isə 3,6% azalıb.

 

Bu ilin 1-ci yarımilliyi ərzində Vergilər Nazirliyində 442 vətəndaş qəbul edilib. Qəbul edilmiş vətəndaşların müraciətlərinin 72,5%-i maddi yardım almaq, şəxsi və digər məsələlər, 21%-i vergi orqanlarında işə qəbul olunma, 4,5%-i iş yerinin dəyişdirilməsi, 2%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət ilə əlaqədar olub

 

Vergilər naziri Fazil Məmmədov tərəfindən bu ilin birinci yarısında Mingəçevir, Sabirabad, Göyçay və Xaçmaz rayonlarında ümumilikdə 200 nəfərdən çox vətəndaş qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR