Bank Of Baku

Çarlz Hendri: «Böyük Britaniya hələ də Azərbaycana ən çox investisiya yatıran ölkədir»

Çarlz Hendri: «Böyük Britaniya hələ də Azərbaycana ən çox investisiya yatıran ölkədir»
# 05 iyun 2013 07:13 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Böyük Britaniya hələ də Azərbaycana investisiya yatıran ən böyük investor ölkədir. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda işə başlayan beynəlxalq neft-qaz konfransındakı çıxışında Böyük Britaniyanın Azərbaycan üzrə ticarət nümayəndəsi Çarlz Hendri bildirib.

 

Onun sözlərinə görə, indiyədək Azərbaycana yatırılan birbaşa sərmayələrin demək olar ki, yarısı Böyük Britaniyanın payına düşür. «Təkcə BP Azərbaycan iqtisadiyyatına 25 mlrd. dollardan artıq sərmayə yatırıb. Azərbaycanda Britaniyanın 300-ə yaxın şirkəti fəaliyyət göstərir. Bunlar təkcə neft-qaz sektorunda deyil, digər sahələrdə - tikinti, dizayn, menecment, nəqliyyat, infrastruktur, maliyyə və təhsil sahələrində fəaliyyət göstərir», - deyə Ç.Hendri bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR