Bakı. Musa Əhmədov - APA-Economics. “Günay Sığorta” ASC İcbari Sığorta Bürosunun (İSB) iştirakçılarının reyestrinə daxil edilib.
Bu barədə “APA-Economics”ə İSB-dən məlumat verilib.
Məlumata görə, “Günay Sığorta” “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə icbari sığorta növlərini həyata keçirmək üçün 15 sentyabr 2016-cı il tarixində İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətlərinin reyestrinə daxil edilib.