Bank Of Baku

DGK xətti ilə büdcə daxilolmaları 40%-dək artıb

DGK xətti ilə büdcə daxilolmaları 40%-dək artıb
# 16 sentyabr 2016 14:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 mlrd. 426 mln. 259,51 min manat daxil olub.

 

"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 402 mln. 323,39 min manat və ya 39,29% artıb.

 

Yanvar-avqust ayları ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 379 mln. 226,27 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 930 mln. 402,92 min manat, aksizlər üzrə 67 mln. 684,26 min manat, yol vergisi üzrə isə 48 mln. 946,26 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR