Azərbaycanda son 1 ildə dövriyyədə olan nağd pulların həcmi 21,64% və ya 1 mlrd. 415,3 mln. manat artaraq bu ilin fevral ayının 1-nə 7 956,3 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, yanvarda dövriyyədə olan nağd pulların həcmi 183,9 mln. manat və ya 2,26% artıb.
Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 69,9% təşkil edir.