Bank Of Baku

Fond: Ləğvetmə prosesində olan bankların maliyyələşdirdiyi layihələr digər banklara ötürüləcək

Fond: Ləğvetmə prosesində olan bankların maliyyələşdirdiyi layihələr digər banklara ötürüləcək
# 06 mart 2018 09:49 (UTC +04:00)

"İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatlarından olmuş, hazırda ləğvetmə prosesində olan bankların maliyyələşdirdiyi layihələr digər banklara ötürüləcək".

 

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bilidirib. Onun sözlərinə görə, bununla bağlı Fond Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fonduna müraciət edəcək.

 

"İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq edən banklardan biri olan "Dəmirbank"ın da maliyyələşdirdiyi layihələr olub. Artıq bir neçə bank SKMF-ə müraciət edib ki, "Dəmirbank"da maliyyələşən layihələr onlara ötürülsün. Biz bu günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatasına, eyni zamanda Əmanətlərin Sığortalanması fonduna həmin digər banklara keçirilməsi ilə əlaqədar müraciət edəcəyik", -deyə Ş.Abdullayev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR