Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.
İSB-dan “APA-Economics”ə verilən məlumata görə, büro tərəfindən “İcbari sığortalar haqqında” Qanunun 32, 33-cü maddələrinə əsasən Azərbaycan vətəndaşına ötən ilin dekabrın 23-də Bakı-Şamaxı-Yevlax yolunda baş vermiş və nəticədə iki ailə üzvünün vəfatı, digər iki ailə üzvünün isə müxtəlif dərəcəli bədən xəsarətləri almalarına səbəb olmuş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 13 min manat məbləğində kompensasiya ödənişi verilib.
Kompensasiya ödənişi poçt vasitəsi ilə iyunun 25-də köçürülüb.