Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İcbari Sığorta Bürosu tərəfindən ümumi dəyəri 6 500 manat olan növbəti iki kompensasiya ödənişi həyata keçirilib.
Bürodan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin oktyabrın 3-də Ələt-Astara-İran yolunun Lənkəran rayonu ərazisindən keçən 185-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 5 000 manat məbləğində kompensasiya ödənişi poçt vasitəsi ilə köçürülüb.
Digər kompensasiya ödənişi isə 2012-ci ilin iyulun 16-da Abşeron rayonu, Fatmai qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində az ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar Azərbaycan vətəndaşına 1 500 manat məbləğində kompensasiya ödənişi poçt vasitəsi ilə köçürülüb.