Bank Of Baku

İSB növbəti kompensasiya ödənişlərini edib

İSB növbəti kompensasiya ödənişlərini edib
# 09 iyul 2014 12:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti iki kompensasiya ödənişləri həyata keçirilib.

 

Bürodan “APA-Economics”ə verilən məlumata görə, İSB tərəfindən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 58-ci kilometrində 2012-ci ilin iyunun 21-də, saat 16:10 radələrində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 5 000 manat, eyni zamanda həmin hadisədə az ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar digər Azərbaycan vətəndaşına 1 500 manat məbləğində kompensasiya ödənişi köçürülüb.

 

Bununla yanaşı ödənişi, Xəzər rayonu ərazisində ötən ilin yanvarın 26-da saat 23:55 radələrində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 5 000 manat məbləğində kompensasiya ödənişi edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR